Bu gün Azərbaycan Premyer Liqasının XXX turunda "Zirə" doğma medyanda "Xəzər Lənkəran" klubuna 1:0 hesabı ilə qalib gəldi.
Sportarena.az xəbər verir ki, matçdan sonra "ağ-yaşıllar"ın baş məşqçisi Elbrus Məmmədov oyun haqqında açıqlamasında bunları deyib:
"İlk öncə "Zirə" komandasını qələbə münasibəti ilə təbrik dedirəm. Oyuna gəlincə isə, hər iki komanda hücum oyunu sərgilədi. Müdafiədə ani bir səhvimiz, qapımızda top görməyimizə səbəb oldu. Çalışdıq əvəzini çıxaq, amma alınmadı.
İlk hissə yaxşı oynadıq. Amma ikinci hissədə rəqib hücumların sürətini artırdı və komanda məcubur olaraq müdafiədə oynamağa çalışdı. Çalışırdıq əks-hücumlarda "Zirə"ni yaxalayaq. Epizodlarımız da oldu. Sadəcə, bəxtimiz gətirmədi".