"Real"ın ulduz futbolçusu Kriştian Ronaldo "El Klassiko"dan sonra paltardəyişmə otağında şəkil çəkdirərkən verdiyi poza ilə diqqət mərkəzinə düşüb.
Sportarena.az xəbər verir ki, portuqaliyalı ulduz futbolçu oyundan sonra komanda yoldaşları ilə çəkdikləri şəkildə alt paltarı ilə poza vermişdi.
Sözügedən şəkil sosial şəbəkələrdə də böyük əks-səda doğurmuşdu.
"El Klassiko"dan 2 həftə keçməsinə baxmayaraq hələ də Ronaldonun verdiyi bu poza yaddaşlardan silinməyib.
Belə ki, bir neçə komanda qalib gəldikdən sonra xatirə şəkili çəkdirdikdə Ronaldonu lağa qoyarublar.