Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turnirinin son günündə uğursuzluq

13:10 17 Aprel 2016

Serbiyanın Zrenyanin şəhərində 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turniri başa çatıb.

 

Sportarena.az xəbər verir ki, turnirin son  günündə yığma komandamızın daha 2 üzvü xalça üzərinə çıxıb.


69 kiloqram çəki dərəcəsində mübarizə aparan qadın güləşçimiz Elis Manolova ilk görüşündə polşalı rəqibi Aqnieszka Jadviqa Vieszczek-Kordus ilə qarşılaşıb. Görüşdə 0:5 hesabı ilə məğlub olan güləşçimiz, mübarizəni 1/8 final mərhələsində dayandırmalı olub.


98 kiloqram çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçimiz Şalva Qadabadze isə ilk görüşündə Estoniya təmsilçisi Ardo Arusaar 2:3 hesabı ilə məğlub olub.


Digər xəbərlər

Xəbər xətti