Ben Arfa "Atletiko" yolunda

14:17 16 Aprel 2016

"Atletiko" "Nitsa"nın hücumçusu Ben Arfanı heyətinə əlavə etməyə çox yaxındır.

 

Sportarena.az "AS" qəzetinə istinadən xəbər verir ki, Madrid klubu futbolçuya 3 illik müqavilə və ikiqat məvacib təklif edib.  


Xatırladaq ki, 29 yaşlı futbolçunun Fransanın "Nitsa" klubu ilə müqaviləsi mövsüm sonunda bitir. Daha öncə ona "Yuventus", "Milan" və "Qalatasaray" klubları yaxından maraqlanırdı.


Qeyd edək ki, o, cari mövsüm Fransa çempionatında "Nitsa" forması ilə çıxdığı  30 oyunda 16 qol vurub və 5 asist edib.


Digər xəbərlər

Xəbər xətti