"Kəpəz" Gəncədə məşq etdi

21:50 15 Aprel 2016

Azərbaycan Premyer Liqasının XXX turunda Gəncənin “Kəpəz” klubu doğma meydanda “İnter”i qəbul edəcək. 

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “sarı-göylər” matçın ev sahibliyi edəcəyi arenada qarşıdakı görüş öncəsi bu gün son məşqini keçirib.


Gəncə Şəhər stadionundakı məşq prosesi azarkeşlər və mətbuat üçün açıq olub. Təxminən 50 dəqiqə sürən hazırlıq yüngül xarakter daşıyıb. Futbolçular əsasən toplu çalışmalar üzərində işləyiblər.

 

“İnter” ilə oyuna Gəncə təmsilçisi itkilərlə çıxacaq. Belə ki, uzun müddətdir ki, zədəli olan Dario Frederikonun sırasına Namiq Ələsgərov da qoşulub. Gənc futbolçu “Qarabağ”a qarşı görüşdə zədələndiyindən çempionatda iki qarşılaşmada komandasına kömək edə bilməyəcək. Cəza dövrünü başa vuran Junior Martins isə baş məşqçinin şans verəcəyi təqdirdə meydanda olacaq.


Digər xəbərlər

Xəbər xətti