"Şahin Diniyev meydana hazırlıqlı futbolçunu buraxır"

21:08 14 Aprel 2016

"Şahin Diniyev meydana hazırlıqlı futbolçunu buraxır. Yəqin ki, əvvəllər tam hazır olmadığım üçün kənarda qalmışam. Mənə bəslənən ümidləri doğrultmağa, məşqçinin hər dediyi göstərişə əməl etməyə çalışıram". 

Sportarena.az xəbər verir ki, bu sözləri "Kəpəz"in futbolçusu Orxan Əliyev klubun rəsmi saytına açıqlamasında deyib. 

Gənc futbolçu yarımmüdafiənin hər iki cinahında oynamağın onun üçün rahat olduğunu bildirib: "Şahin Diniyev mənə dəstək verir, yol göstərir. Oyundan-oyuna daha yaxşı çıxış etməyimi istəyir. Belə davam etsəm, düşünürəm ki, mənim üçün yaxşı olacaq. Futbola yeni başlayanda sağ və sol cinahlarda mübarizə aparırdım. Sonradan mərkəzə çəkdilər, hücumda oynadım. Mənim üçün harada oynamağımın fərqi yoxdur. Hər iki mövqe rahat olmaqla oynadığım futbola uyğundur”.
 
Orxan Əliyev komandasının aprelin 16-da Gəncədə çempionatın 30-cu turunda “İnter”lə keçirəcəyi oyun haqda da danışıb: "Əhval-ruhiyyəmiz yaxşıdır, məşqlərə və qarşıdakı oyuna ciddi yanaşırıq. Fikrimiz qələbə qazanmaqdır. Çünki evdə bizi başqa nəticə qane etmir”.


Digər xəbərlər

Xəbər xətti