" Məlum olduğu kimi, qarşıdakı tur “İnter” komandası səfərdə “Kəpəz”in qonağı olacaq. "
Sportarena.az xəbər verir ki, bu sözləri "İnter"in baş məşqçisi Zaur Svanadze klubun rəsmi saytına açıqlamasında hazırlıq prosesi barədə danışıb və oyun haqqında fikirlərini bildirib:
"Oyuna ciddi hazırlaşırıq. Bizi “Kəpəz”lə çətin oyun gözləyir, bu komanda doğma divarlar arasında yaxşı oyun sərgiləyir. Düşünürəm ki, azarkeşlər maraqlı və gərgin idman şəraitində keçəcək mübarizənin şahidi olacaqlar. Əlavə etmək istəyirəm ki, Kamran Ağayevlə Nizami Hacıyev zədəlidirlər, Abbah Hüseynovun isə mikro-zədəsi var və onun oyuna çıxması sual altındadır. Bildiyiniz kimi, Rauf Əliyev artıq komandayla məşq edir və “Kəpəz”lə oyunda ilk 18-ə salınacaq. Qarşıdakı oyunu buraxacaq oyunçularımızdan biri də Sezar Meza Kollidir. Sarı vərəqə limitini dolduran paraqvaylı futbolçu Gəncəyə yollanmayacaq"