Messini utandıracaq göstərici

12:49 14 Aprel 2016

"Barselona" Çempionlar Liqasının 1/4 finalının cavab matçında Madrid "Atletiko"suna 0:2 hesabı ilə uduzdu.

Kataloniya klubunun forvardı Lionel Messinin ardıcıl qol vura bilmədiyin oyunların sayı 5-ə yüksəlib.

Sonuncu dəfə ötən ay "Arsenal"la görüşdə fərqlənən argentinalı "Vilyareal", "Real", "Real Sosyedad" və iki dəfə "Atletiko" ilə oyunlarda rəqib qapısına yol tapa bilməyib.

Bu, 2010-cu ilin aprelindən bu yana son 6 ildə Messinin ən uğursuz seriyasıdı.

Bundan əlavə, Messi 2014-cü ilin aprelindən bu yana ilk dəfə Çempionlar Liqası matçında rəqib qapısına bir dəfə də olsun zərbə endirmədi.


Digər xəbərlər

Xəbər xətti