"Xəzər Lənkəran" XXX turlarda

10:28 14 Aprel 2016

 Premyer Liqanın XXX turu çərçivəsndə aprel  ayının 17-də “Xəzər Lənkəran” səfərdə “Zirə” klubu ilə qarşılaşacaq. 
 
 

Sportarena.az xəbər verir ki, bu görüş “Xəzər Lənkəran”ın 2004-cü ildən bəri ölkə çempionatlarının XXX turları çərçivəsində keçirəcəyi 7-ci oyun olacaq. Qeyd edək ki, 2004/05 mövsümündə komandaların sayı çox olduğundan çempionluq yarışması 34-tur davam edirdisə növbəti 4-mövsümdə komandaların sayı azaldıqca 26-cı turla çempionata yekun vurulurdu. Lakin 2009/10 mövsümündə tətbiq olunan dörddövrəli altılıq sistemi ilə və sonrakı yalnız sadə dörddövrəli sistem sayəsində yenidən 30-cu turlarda komandaların görüşləri bərpa olundu. Ötən mövsümdə isə “Araz” Naxçıavanın ilk dövrədən sonra çempionatı tərk etməsi ilə bəzi turlar boş qalmışdı. Yarışmanın təqviminə əsasən 30-cu turda  Muxtar Respublika təmsilçisi ilə görüşməli olan “Xəzər Lənkəran” turu buraxmalı olmuşdu.
 

Beləliklə, indiyə qədər komanda ölkə çempionatarının XXX turlarında 6-oyunda meydana çıxıb ki, bu qarşılaşmaların 2-də qələbə qazanıb və 4 oyunda isə qalib müyyənləşməyib. Rəqib komandaların qapılarından 10-top keçirərək öz qapısından cəmi 4-top buraxan cənub təmsilçisi, XXX turlarda ümumilikdə 10-xal toplaya bilib. 

———————————–

 

2004/05 “Xəzər Lənkəran” – Ədliyyə 6:1

 

***********

 

***********

 

***********

 

***********

 

2009/10 “Neftçi” – “Xəzər Lənkəran” 0:0

 

2010/11 “Xəzər Lənkəran” – “Qarabağ” 1:1

 

2011/12 “İnter” – “Xəzər Lənkəran” 0:0

 

2012/13 “Xəzər Lənkəran” – “Turan” 1:0

 

2013/14 “Bakı” – “Xəzər Lənkəran” 2:2

 

2014/15 *********

 

2015/16 “Zirə” – “Xəzər Lənkəran” ? : ?

(12cioyuncu.info) 


Digər xəbərlər

Xəbər xətti