Messinin uğursuz seriyası davam edir

10:02 14 Aprel 2016

"Barselona"nın hücumçusu Lionel Messinin uğursuz seriyası davam edir.
 


Sportarena.az xəbər verir ki, son 5 oyunda qol vura bilməyən argentinalı hücumçu, şəxsi antirekordunu bir daha təkrarlayıb. Belə ki, onun, ən uğursuz göstəricisi 2010-cu ildə olub. Hücumçu 2010-cu ildə ardıcıl 5 oyun qol vura bilməyib.

 

Xatırladaq ki, ulduz futbolçu sonuncu dəfə Çempionlar Liqasının 8/1 final mərhələsind, "Arsenal"a qarşı keçirilən matçın 88-ci dəqiqəsində qol vurub. 

 

Qeyd edək ki, cari mövsüm La Liqada 27 oyuna çıxan Messi 22 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti