Ronaldo rekorda ortaq oldu

11:33 13 Aprel 2016

Dünən Çempionlar Liqasının 1/4 final cavab qarşılaşmasında doğma meydanda "Volfsburq"u 3:0 hesabı ilə məğlu edən "Real" yarımfinala yüksəlib. 

 

Sportarena.az xəbər verir ki, matçdakı hər üç qolun müəllifi olan Kriştian Ronaldo, bu qollardan birini cərimə zərbəsindən vurub.
 

Bu, portuqaliyalı futbolçunun Çempionlar Liqasında vurduğu 11-ci belə qoldu. 
 

Bu nəticə ilə isə o, "Yuventus"un əfsanəvi futbolçusu Alessandro Del Pyeronun bu sahədəki rekorduna ortaq olub.


Digər xəbərlər

Xəbər xətti