“Qəbələ” Azəbaycan Premyer Liqanın 30-cu turunun “Rəvan”la oyununun hazırlığına start verib.
Sportarena.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, ötən turun “Sumqayıt”la aprelin 9-da səfərdə keçirilən qarşılaşmasının ertəsi gün məşq edib, ardınca bir günlük istirahətə buraxılan “qırmızı-qaralar” Qəbələ şəhər stadionunda bir araya gəlib.
Bu gün komanda üzvləri məşqə fiziki hazırlıqla başlayıb. Günün ikinci yarısına təsadüf edən hazırlıq prosesi toplu çalışma ilə davam edib. “Qəbələ”nin məşqində zədəli Dodo istisna olmaqla bütün futbolçular iştirak edib. Roman Qriqorçukun komandası növbəti məşqini sabah, günün ikinci yarısında gerçəkləşdirəcək.
Qeyd edək ki, “Qəbələ” – “Rəvan” oyunu aprelin 15-i, saat 16:00-da başlayacaq.