İstefaya göndərilmiş "Xetafe"nin baş məşqçisi Fran Eskribiyanın əvəzləyicisi artıq məlum olub.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın yeni baş məşqçisi Xuan Esnayder təyin edilib. Onun "Xetafe" ilə hansı müddətə müqavilə imzaladığı isə hələ məlum deyil.
Xatırladaq ki, Esnayder 2009/11-ci illər ərzində "Xetafe"də baş məşqçi Miçelin köməkçisi olub.
Qeyd edək ki, onun son iş yeri isə "Kordoba" olub.