"Kəpəz" Bakıda başladı

13:12 12 Aprel 2016

Premyer Liqasının XXX turunda Gəncədə “İnter”i qəbul edəcək “Kəpəz” dünəndən qarşıdakı oyunun hazırlığına başlayıb. 


Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda Bakıda məşq edir.


“Sarı-göylər” aprelin 15-də Gəncəyə geri dönəcək. Komanda həmin gün matçın keçiriləcəyi şəhər stadionunda oyun öncəsi son məşqinə çıxacaq.


Qeyd edək ki, “Kəpəz” – “İnter” görüşü aprelin 16-da saat 13:30-da başlayacaq. Oyun CBC Sport kanalı vasitəsi ilə canlı yayımlanacaq.  


Digər xəbərlər

Xəbər xətti