AFFA-dan "Qəbələ" və "İnter"ə cəza

12:54 12 Aprel 2016

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.


Sportarena.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, iclasda, Azərbaycan Premyer Liqasında çıxış edən komandaların əvəzedici heyətlərinin çempionatının XXIX turunda keçirilmiş matçlarda yol verilmiş qayda pozuntularına müvafiq cəzalar tətbiq olunub.


Əvəzedici heyətlərin XXIX turunun “Sumqayıt” – “Qəbələ” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.

 

Əvəzedici heyətlərin XXIX turunun “İnter” – AZAL matçının 13-cü dəqiqəsində “İnter” klubunun 97 №-li futbolçusu Fərid Abbaslı sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 100 manat cərimə olunub.

 

Oyunun 75-ci dəqiqəsində AZAL klubunun 56 №-li futbolçusu Rüstəm Rüstəmli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 100 manat cərimə olunub.

 

Əvəzedici heyətlərin XXIX turunun “Rəvan” – “Zirə” matçının 76-cı dəqiqəsində “Rəvan” klubunun 9 №-li futbolçusu Nuran Qurbanov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 100 manat cərimə olunub.


Digər xəbərlər

Xəbər xətti