"Barselona"nın müdafiəçisi Tomas Vermalenin ayaq əzələ zədəsinin residivi baş verib. Futbolçunun sıraya dönəcəyi müddət qeyri-müəyyəndir.
Bu mövsüm Vermalen Barselonanın heyətində 19 oyun keçirib və 1 qol vurub.Sonuncu dəfə futbolçu martın 12-də Xetafe ilə qarşılaşmada meydana çıxmışdı.