Azərbaycan Premyer Liqasının XXIX turunda doğma meydanda "Neftçi"yə 0:1 hesabı ilə məğlub olan "Xəzər Lənkəran"a istirahət verilib.
Sportarena.az xəbər verir ki, komanda iki gün istirahət edəcək. Futbolçular 2 günlük istirahətdən sonra aprel ayının 13-ü yenidən məşqlərə başlayacaq.
Qeyd edək ki, "Xəzər Lənkəran" Premyer Liqanın XXX turu çərçivəsində aprelin 17-də "Zirə"nin qonağı olacaq.