Rafael Ağayev Dubayda birinci oldu

15:40 11 Aprel 2016

Karateçilərimiz Dubayda növbəti "Karate1" Premyer Liqa turnirində 2 mükafat qazanıblar.

 

Sportarena.az xəbər verir ki, Rafael Ağayev (-75 kq) nüfuzlu turnirin qalibi olub. Milli komandanın kapitanı Şahin Atamov (+84 kq) isə gümüş medala sahib olub. 
     


Bu nəticə ilə Azərbaycan karateçiləri 5-ci yeri tutublar. Ümumi mükafat fondu 100 000 dollar olan Dubay Premyer Liqasında 59 ölkədən 661 idmançı iştirak edib.

 

Qarşıda karateçilərimizi 22-23 aprel tarixlərində 7-ci "Bakı Open" Beynəlxalq turniri gözləyir. Onun ardından isə milli komandamız mayın əvvəlində Fransada Avropa çempionatına son hazırlıqları keçirəcək.


Digər xəbərlər

Xəbər xətti