Azərbaycan Premyer Liqasının 25-ci turunun AZAL - “Neftçi” oyununda ağır zədə alan Taqim Novruzov əməliyyat olunacaq.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, həkimlərin sağ diz oynağının ön çarpaz bağlarının tam qopması diaqnozu qoydugu futbolçu iki gün sonra Kiyevə yola salınacaq.
Klub rəhbərliyi əməliyyat üçün bütün təşkilati işləri artıq başa çatdırıb. Kiyevin “Doktor Linko” klinikası ilə müqavilə bağlanılıb və aprelin 14-də Taqim əməliyyat masasına uzanacaq.
Qeyd edək ki, Novruzovun aprelin 19-da Bakıya qayıdacağı gözlənilir.