"Neftçi"nin futbolçusu Lənkəranda formasını azarkeşə verdi - FOTOLAR

23:43 10 Aprel 2016

Bu gün Azərbaycan Premyer Liqasının XXIX turu çərçivəsində "Xəzər Lənkəran" "Neftçi" klubu ilə qarşılaşıb.

 

Sportarena.az xəbər verir ki, sözügedən matçda "Xəzər Lənkəran"ın sabiq futbolçusu Elşən Rzazadə "Neftçi" forması ilə debüt matçına çıxıb. Oyun ərzində heç bir epizod ilə yadda qalmayan futbolçu, matçdan sonra diqqət mərkəzinə düşməyi bacarıb.

 

Belə ki, futbolçu, matçdan sonra formanın altında geyinmiş maykasını azarkeşlərdən birinə verib. Həmin azarkeşin "Neftçi" və ya "Xəzər Lənkəran" tərəfdarı olması dəqiq bilinmir. 

 

Qeyd edək ki, yarımmüdafiəçi qış transfer pəncərəsi dönəmində "Xəzər Lənkəran" klubundan "Neftçi"yə keçmişdir. O, "Neftçi" klubu ilə 1 il 6 ay müddətinə müqavilə imzalayıb.


Digər xəbərlər

Xəbər xətti