"Xəzər Lənkəran"ın futbolçusu: "Alınmadı"

19:16 10 Aprel 2016

"Çox istəyirdik bu oyunda qələbə qazanaq amma alınmadı. Öz oyunuma gəlincə 2 gündür xəstə olduğum üçün məşqlərdə iştirak etmirdim. Bu oyunda da halsız olduğum üçün bəzən səhvlər edirdim."
Bu sözləri sportarena.az-a açıqlamasında "Neftçi"yə 0:1 hesabı ilə məğlub olan "Xəzər Lənkəran"ın futbolçusu Asif Mirili deyib. Futbolçu hakimlik barədə bu fikirləri səsləndirib:
"Fikrimcə Əliyar Ağayev Azərbaycanın ən yaxşı hakimlərindın biridir. Bu oyunu da yaxşı idarə etdi. Bəzi şübhəli epizodlar barəsində indi nəsə deyə bilmərəm. Ancaq səhv edibsə belə, oda insandır ola bilir belə şeylər.


Digər xəbərlər

Xəbər xətti