İspaniya futbolunun canlı əfsanəsi Raul Qonzales yayda yenidən "Real"ın formasını geyinəcək.
Sportarena.az xəbər verir ki, bir müddət əvvəl karyerasını bitirdiyini elan edən ötənlərin məşhur forvardı iyunun 5-də "Santyaqo Bernabeu"da Yohan Kroyfun şərəfinə təşkil ediləcək xeyriyyə matçında meydana çıxacaq. "Real"ın rəqibi "Ayaks" olacaq.
Raulun agentinin məlumatına görə, əfsanəvi futbolçu böyük ehtimalla bu qarşılaşmada oynayacaq.
Qeyd edək ki, qarşılaşmada Raulla yanaşı Fernando Yerro, Edqar Davids, Luiş Fiqo, Patrik Kluivert, Klarens Zeedorf və Roberto Karlosun da meydana çıxacağı gözlənilir.