Messi şəxsi antirekorduna doğru

12:54 10 Aprel 2016

"Barselona"nın hücumçusu Lionel Messinin uğursuz seriyası davam edir.

 

Sportarena.az xəbər verir ki, son 4 oyunda qol vura bilməyən argentinalı hücumçu, şəxsi antirekorduna bir addım daha yaxınlaşıb. Belə ki, hücumçu, sonuncu dəfə 2011-ci ildə ardıcıl 4 oyun qol vura bilməmişdi. Onun ən uğursuz göstəricisi isə 2010-cu ildə olub. Hücumçu 2010-cu ildə ardıcıl 5 oyun qol vura bilməyib.


Xatırladaq ki, ulduz futbolçu sonuncu dəfə Çempionlar Liqasının 8/1 final mərhələsind, "Arsenal"a qarşı keçirilən matçın 88-ci dəqiqəsində qol vurub. 


Qeyd edək ki, cari mövsüm La Liqada 27 oyuna çıxan Messi 22 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti