La Liqanın XXXII turunda doğma meydanda "Eybar"ı darmadağın edən (4:0) "Real"ın ulduz futbolçusu Kriştiano Ronaldo yeni rekorda imza atıb.
Bu görüşdə fərqlənən portuqaliyalı hücumçu primeroda vurduğu qolların sayını 30-a yüksəldib. Bununla da, Ronaldo İspaniya çempionatları tarixində ardıcıl 6 mövsümdə 30 qol vuran ilk futbolçu olub.
Ronaldo hazırda ölkə çempionatında bombardirlər siyahısında liderlik edir. O, bu mövsüm La Liqada 32 oyuna 30 qol vurub, 11 məhsuldar ötürmə ilə yadda qalıb.