Mahir Mədətov: "Mənim yerimə başqası da ola bilər"

21:14 8 Aprel 2016

“Baş məşqçi biz bu oyuna tamam başqa bir motivasiya ilə hazırlamışdı. Özümüz də qələbə qazanmağı çox istəyirdik. Son günlər cəbhədə baş verən hadisələrdən sonra, biz də burada öz işimizi daha yaxşı yerinə yetirməyə çalışırdıq. Qol vurduğuma görə də sevinirəm. Epizodlar olur mən də qola çevirməyi bacarıram. Amma hələ çatışmamazlıqlarım var. Bu çatışmamazlıqların üzərində çox işləməliyəm”.  


Sportarena.az xəbər verir ki, bu sözləri Premyer Liqamızın XXIX turunda “Kəpəz”ə 4:0 hesabı ilə qalib gələn “Qarabağ” klubunun yarımmüdafiəçisi Mahir Mədətov deyib. 


Gənc yarımmüdafiəçi növbəti oyunlar barəsində danışaraq:
“Deməzdim ki, əsas heyətdə tam forma şansı tapmışam. Bu gün mən meydanda oldumsa, bu o demək deyil ki, həmişə mən olacağam. Növbəti oyun başqası da ola bilər mənim yerimə. Hər şeyə məşqçi qərar verir. Mənim, “komandanın əsas heyət oyunçusyam” deməyə haqqım yoxdur.  Fərqi yoxdur ya əsas heyətdə meydana çıxım, ya da sonradan oyuna daxil olum. Mənim üçün vacib olan baş məşqçinin  verdiyi tapşırıqları düzgün yerinə yetirməkdir”, - deyə fikir bildirib.


Digər xəbərlər

Xəbər xətti