Bakının "İnter" klubu UEFA CFCB-nin (Klublara Maliyyə Nəzarəti Təşkilatı) İstintaq Palatasının qərarına etiraz edərək apellyasiyaya şikayət edib.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki 30 mart 2016-cı il tarixdə UEFA CFCB-nin İstintaq Palatasının qəbul etdiyi 10 dekabr 2015-ci il tarixli AC-05-2015 nömrəli qərarını qüvvədə saxlayaraq, “İnter”PİK-i növbəti üç avrokubok mövsümündən (2016/2017, 2017/2018, 2018/2019) birində (ölkədaxili futbol mövsümünün yekun nəticələrinə görə avrokubok oyunlarına vəsiqə qazanacağı halda) iştirak hüququndan məhrum etmişdi.
Xatırladaq ki, bu qərara əsasən “İnter”ə apellyasiya üçün 10 gün ərzində İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmək hüququ verilmişdi.