"Qəbələ"də ciddi itki

13:37 8 Aprel 2016

"Qəbələ" futbol komandasının kapitanı Dodo yenidən zədələnib.


Sportarena.az xəbər verir ki, bu barədə klubun meneceri Səbuhi Səfyarlı məlumat verib.


Onun sözlərinə görə, iki gün öncə məşq zamanı qasıq əzələsində ağrılar hiss edən 29 yaşlı yarımmüdafiəçi hazırlıq prosesini yarımçıq qoyub. Braziliyalı oyunçu ötən gün də məşqə qatılmayıb. S.Səfiyarlı "sambaçı"nın Azərbaycan Premyer Liqasının XXIX turunda "Sumqayıt"la səfər matçında çıxış etməyəcəyini açıqlayıb.

 

Dodo sonuncu oyununu XXVI turda "Qarabağ"a qarşı keçirib. Həmin görüşün uzatma dəqiqələrində o, zədələnərək, meydanı tərk edib və AZAL və "İnter"lə sonrakı görüşləri buraxıb. 

 

Qeyd edək ki, "Qəbələ" "Sumqayıt"la oyuna "Bakı" klubunun təlim-məşq bazasında hazırlaşır. Aprelin 9-da Sumqayıtdakı "Kapital Bank Arena"da keçiriləcək qarşılaşma saat 14:00-da başlanacaq.(report)


Digər xəbərlər

Xəbər xətti