"... həmin futbolçular "Xəzər Lənkəran"a gəlməyə hazırdır" - Elbrus Məmmədov

21:30 7 Aprel 2016

“Komandanın heyətində bir neçə yüngün zədəli var. Hal-hazırda həkimlər həmin zədəli futbolçuları oyuna hazırlayır. Güman edirəm ki, hər iki futbolçu “Neftçi” ilə matça tam hazır olacaq”.

 

Bu sözləri sportarena.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun baş məşqçisi Elbrus Məmmədov deyib.

 

Qarşıdan gələn “Neftçi” ilə matç öncəsi hazırlıqlardan danışan baş məşqçi:

“Hazırlıqlar tam ruh yüksəkliyi ilə davam edir.  Bu oyuna artıq motivasiya lazım deyil. Rəqib “Neftçi” olduğu üçün futbolçular var gücü ilə hazırlaşır. Lakin Vaquf Güləliyev və Vuqar Bəybalayev yüngül zədələnib. Çox güman ki, oyuna qədər tam hazır olacaqlar. İnşallah bu matça optimal heyətlə çıxacağıq. Qələbədən başqa heç nə düşünmürük”, deyə E.Məmmədov  vurğulayıb.

 

Baş məşqçi komandanın son oyunlarda buraxdığı səhvlərə fikir bildirərək, yeni mövsüm üçün dəyərləndirmə aparıb, təcrübəli oyunçuların heyətə cəlb olunacağını bildirib:

“Bu barədə çox söhbətlər, analizlər aparmışıq. Amma yenə eyni səhv, yenə məğlubiyyət. Standart vəziyyətlərdə futbolçularımızn diqqətli ola bilmir.

 

Yeni mövsüm üçün artıq bir neçə oyunçu ilə maraqlanırıq. Lakin, əsas büdcədir. Biz danışıqlar aparırıq. Büdcə təsdiq olunan kimi, danışıqlar apardığımız futbolçular komandaya gəlməyə hazırdır. İnşallah həmin futbolçular yeni mövsümdən komandamıza qoşulacaq”.


Digər xəbərlər

Xəbər xətti