Dünən keçirilən "Volfsburq" - "Real" matçında "kral klubu" ciddi itki ilə üzləşib.
Sportarena.az xəbər verir ki, komandanın fransalı hücumçusu Kərim Benzema matçın 41-ci dəqiqəsində rəqib futbolçu ilə toqquşma zamanı sol dizindən zədə alıb. Oyunu davam etdirə bilməyən Benzema Xese ilə əvəzlənməli olub.
Futbolçunun hansı müddətə zədələndiyi tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcək.
Qeyd edək ki, "Volfsburq" - "Real" matçı 1-cilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.