"Qəbələ" azarkeşlərinə şad xəbər: kapitan qayıtdı

23:51 6 Aprel 2016

“Qəbələ” Topaz Premyer Liqanın 29-cu turunun hazırlığına start verib.

Sportarena.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “qırmızı-qaralar” “Sumqayıt”la səfərdə keçiriləcək oyuna Bakıda hazırlaşır.

28-ci turun “İnter”lə görüşünün ertəsi gün məşq edib, ardından bir günlük istirahətə buraxılan komanda paytaxtda bir araya gəlib. Bu gün baş tutan məşqdə “Qəbələ” tam heyətlə hazırlıq keçib.

Günün ikinci yarısına təsadüf edən hazırlıqda bir müddət zədəli olan Dodo da komanda ilə çalışıb. Toplu məşqə üstünlük verən Roman Qriqorçukun komandası sabah da Bakıda hazırlıq keçəcək.

Aprelin 8-də baş tutacaq oyunöncəsi son məşq isə Sumqayıtda gerçəkləşəcək.

Xatırladaq ki, “Sumqayıt” – “”Qəbələ” matçı aprelin 10-u, saat 14:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti