"Sumqayıt"ın məşqində şəhidlər anılıb

21:30 6 Aprel 2016

Növbəti turda "Qəbələ" ilə qarşılaşacaq "Sumqayıt" klubu istirahəti başa vurub. 

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda bu gün səhər Sumqayıtda növbəti məşqinə çıxıb. Hazırlıq prosesindən öncə Samir Abasovun rəhbərlik etdiyi komanda son günlər cəbhə xəttində baş verən döyüşlərdə həyatını itirən şəhidlərimizi yad edib.


Ardınca komanda 1,5 saatlıq hazırlığa başlayıb. Qeyd edək ki, son turda "Zirə" ilə qarşılaşmada zədələnmiş Aleksandr Çertoqanov fərdi məşqlərlə kifayətlənib. Bundan başqa, əvəzedici komandadan 4 futbolçu - Mir Emil Həsənov, İlqar Hüseynov, Şahin Əliyev və İsmayıl Babayev də əsas komanda ilə hazırlaşıb.

 

Qeyd edək ki, "Sumqayıt" - "Qəbələ" oyunu aprelin 9-da saat 14:00-da "Kapital Bank Arena"da baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti