Klublarımızın azarkeşləri aksiya keçirdi - FOTOLAR

13:35 6 Aprel 2016

Son günlər cəbhədə baş verən məlum hadisələr dinindən millətindən asılı olmayaraq hər kəsi bir araya gətirdiyi kimi, Azərbaycan Premyer Liqasında çıxış edən komandaların fan-klublarını da bir araya gətirib.

 


Sportarena.az xəbər verir ki, bu gün Azərbaycan klublarının fan-klubları  bir araya gələrək, Elmlər Akademiyası metrostansiyasından Şəhidlər Xiyabanına qədər yürüş ediblər. 

 

Aksiyanı keçirməkdə məqsəd, azarkeşlərin cəbhədə vuruşan əsgərlərimizə dəstək olmasıdır. Yürüş zamanı azarkeşlər üzərində "Tribunadan səngərə", "Qana-qan, cana-can, yaşasın Azərbaycan" yazısı olan pankartlar açıb, müxtəlif şüarlar səsləndirərək hər zaman vuruşmağa hazır olduqlarını bildiriblər.


Digər xəbərlər

Xəbər xətti