Messiyə böyük ŞOK: atası ilə birlikdə həbs olunacaq

12:54 6 Aprel 2016

"Barselona"nın futbolçusu Lionel Messi  Amerika Kubokunun ilk matçında iştirak edə bilməyəcək.

 


Sportarena.az xəbər verir ki, buna səbəb futbolçu üçün cinayət işi açılmasıdır. 


O, vergidən yayınmaqda ittiham olunur. Futbolçu 31 may 7 iyun aralığında məhkəmədə ifadə verəcək. Bu səbəbdən, hücumçu iyun ayının 6-ı Çili millisi ilə olacaq qarşılaşmanı buraxacaq.


Xatırladaq ki, Messi 2007-2009-cu illər ərzində 4,1 milyon avro məbləğində  vergidən yayınıb. Bir neçə gün öncə  mətbuata sızan gizli sənədlərdə futbolçunun atası ilə birlikdə ofşor şirkətlərə sahib olması məlum olub.

 

Qeyd edək ki, hökümət məhkəməsi Messinin vergidən yayındığı üçün 22,6 ay həbs və müəyyən məbləğdə cərimələnməsini tələb edir. Onunla birlikdə bu işləri yerinə yetirən atası isə 18 ay həbs oluna bilər.


Digər xəbərlər

Xəbər xətti