"Barselona"nın hücumçusu Lionel Messinin qolsuz oyunlar seriyası davam edir.
Sportarena.az xəbər verir ki, futbolçu artıq 272 dəqiqədir ki qol vura bilmir.
Messi sonuncu dəfə martın 16-da ÇL-in 1/8 final görüşü çərçivəsində "Arsenal"la qarşılaşmanın 88-ci dəqiqəsində fərqlənib.
Ulduz futbolçu martın 30-da Argentina millisinin heyətində Boliviya ilə Cənubi Amerika Kuboku matçında penaltidən toru silkələmişdi.
Qeyd edək ki, hazırda Lionel Messinin aktivində 499 qol var.