"Barselona"dan Neymar açıqlaması

11:04 6 Aprel 2016

"Barselona" klubu futbolçusu Neymarın PSJ-yə keçəcəyi ilə bağlı yayılan iddialara cavab verib.

 

Sportarena.az xəbər verir ki, klub prezidenti açıqlamasında Yozef Bartomeu braziliyalı futbolçunun digər komandaya keçməsinə icazə verməyəcəklərini bildirib.

 

O, "Barselona" ilə mövcud müqaviləsi 2018-ci ildə başa çatacaq Neymarın komandada qalacağını deyib: "Əgər hər hansı bir klub Neymarla görüşmək istəyirsə, "Barselona" buna icazə verməyəcək. Neymar komandada qalacaq".

 

Qeyd edək ki, ötən gün Neymarın meneceri Vaqner Ribeyro futbolçunun PSJ-də oynaya biləcəyini istisna etməyib.


Digər xəbərlər

Xəbər xətti