"Kəpəz" şəhidləri yad edib, məşqlərə başladı - FOTO

17:35 5 Aprel 2016

“Kəpəz” Azərbaycan Premyer Liqasının XXIV turunda qarşılaşacağı “Qarabağ” ilə oyunun hazırlığına bu gündən başlayıb. 

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda Bakıda məşq edir.

 

Hazırlıq prosesindən öncə cəbhədə baş verən hadisələr nəticəsində şəhid olan hərbçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Erməni qəsbkarlarının əməlləri pislənilib, ordumuzun döyüş meydanında düşmənə layiqli şəkildə cavab verməsi fəxr hissi ilə qeyd olunub.
Cəbhədəki son vəziyyətlə bağlı legioner futbolçulara ətraflı məlumat verilib. 


Digər xəbərlər

Xəbər xətti