Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportarena.az xəbər verir ki, bu gün baş tutan iclasda, Azərbaycan Premyer Liqasının və əvəzedici heyətlərin çempionatının XXVIII turunda keçirilmiş qarşılaşmalarda baş vermiş qayda pozuntuları ilə əlaqədar müvafiq cərimələr tətbiq olunub.
Azərbaycan Premyer Liqasının XXVIII turunun AZAL – “Kəpəz” matçının 90+3-cü dəqiqəsində “Kəpəz” klubunun 7 №-li futbolçusu Junior Martins ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunub.
Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXVIII turunun “Qəbələ” – “İnter” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXVIII turunun “Rəvan” – “Neftçi” matçında “Neftçi” klubunun 41 №-li futbolçusu Akşin Qurbanlı ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunub.