"Kəpəz" ciddi itki ilə üzləşib.
Sportarena.az xəbər verir ki, Gəncə təmsilçisinin yarımmüdafiəçisi Budaq Nəsirov AZAL-la qarşılaşmadan öncə baş tutan məşqdə zədələnib. Belə ki, belindəki ağrılara görə MRT müayinəsindən keçən futbolçu gündə 2 dəfə fizioteraspiya kurslarında iştirak edir. Onun "Qarabağ"la qarşılaşmada iştirak edəcəyi isə hələ ki, məlum deyil.
Qeyd edək ki, "Qarabağ" - "Kəpəz" oyunu aprelin 8-də baş tutacaq.