Həftəsonu Azərbaycan Premyer Liqasının XXIX turunun oyunları keçiriləcək.
Sportarena.az xəbər verir ki, 8-10 aprel tarixlərində baş tutacaq bütün qarşılaşmalar "CBC Sport" telekanalı vasitəsi ilə canlı yayımlanacaq.
Qeyd edək ki, baş tutacaq bütün qarşılaşmalar saytımız vasitəsi ilə də canlı yayımlanacaq.
8 aprel (cümə)
“Qarabağ” – “Kəpəz”
“Azərsun Arena”, 17:30
9 aprel (şənbə)
“İnter” – AZAL
“İnter Arena”, 16:00
“Sumqayıt” – “Qəbələ”
“Kapital Bank Arena”, 14:00
10 aprel (bazar)
“Rəvan” – “Zirə”
“Bayıl Arena”, 14:00
“Xəzər Lənkəran” – “Neftçi”
“Xəzər Lənkəran” mərkəzi stadionu, 16:30