Kamran Ağayevin durumuna aydınlıq gəldi

14:30 4 Aprel 2016

"İnter"in və milli komandamızın qolkiperi Kamran Ağayevin durumuna aydınlıq gəlib.

 

Sportarena.az xəbər verir ki, dünən keçirilən "Qəbələ" - "İnter" matçında zədələnərək əvəzlənən qolkiper bu gün həkim müayinəsindən keçib. 

 

Həkim müayinəsi zamanı K.Ağayevin ayağında hər hansı bir sınıq və çatın olmadığı, ancaq oynaqdaxili zədələnmə müşahidə olunub. Hazırda təcrübəli qapıçının ayağına gips langet sarğısı qoyulub və ona iki həftə ərzində ayağını hərəkətsiz saxlamaq tövsiyə edilib.


Qeyd edək ki, dünən Azərbaycan Premyer Liqasının XXVIII turunda keçirilən "Qəbələ" - "İnter" matçı 0:0 hesablı  bərabərliklə başa çatıb.


Digər xəbərlər

Xəbər xətti