PSJ-dən Neymar üçün astronomik məbləğ

13:35 4 Aprel 2016

PSJ yay transfer pəncərəsi dönəmində "Barselona"nın futbolçusu Neymarı heyətinə qatmaq üçün əlindən gələni edir.

 

Sportarena.az "L`Equipe" jurnalına istinadən xəbər verir ki, 2018-ci ildə müqaviləsi başa çatacaq futbolçunu "Barselona" satmaq niyyətində deyil. Lakin, PSJ futbolçunu heyətinə qatmaq üçün 193 milyon avro təzminat ödəməyə hazır olduğunu bildirib. Fransa klubu bu məbləği bir neçə il ərzində ödəyəcəyini açıqlayıb. Belə olan təqdirdə heç bir maliyyə "fair-play" cəzası olmayacaq. Bu səbəbdən "Barselona" qərarını açıqlamağa hələ ki, tələsmir. 

 

Futbolçunun agenti Vaqner Riberiyo da Neymarın Fransaya getmək istədiyini bildirib. 


Braziliyalı futbolçu PSJ-də oynamağı qəbul edəcəyi təqdirdə ildə 20 milyon avro məvacib qazanacaq. O, hal-hazırda "Barselona"da illik 14,5 milon avro alır. 


Digər xəbərlər

Xəbər xətti