Panamada yerləşən "Mossack Fonseca" hüquq firmasından 11 milyon sənəd Almaniyanın "Suddeutsche Zeitung" qəzetinə ötürülüb.
Sportarena.az Almaniya mətbuatına istinadən xəbər verir ki, bu sənədlərdə 12 dövlət başçısı və 140 siyasətçinin adı ilə birlikdə "Barselona"nın ulduz futbolçusu Lionel Messsinin də adı var.
Məlumata görə argentinalı futbolçu böyük miqdarda vergidən yayınmaq üçün Panamada atası ilə birlikdə ofşor şirkətlər qurub.
Siyahıda əsas yeri isə Rusiya prezidenti Vladimir Putin tutur. Sənədlərdə yazılanlar görə, prezident öz yaxınlarının adlarına açdığı hesablara 2 milyard dollardan çox pul köçürüb.