Azərbaycan Premyer Liqasının XXVIII turunun “Qəbələ” – “İnter” matçının (0:0) ardından “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk oyunsonrası mətbuat konfransında fikirlərini açıqlayıb.
Sportarena.az xəbər verir ki, baş məşqçi cəbhə bölgəsində baş verən hadisələrlə əlaqədar futboldan danışmaq istəmədiyini bildirib:
“Cəbhədə baş verən hadisələrdən xəbərdaram. Belə vəziyyətdə futboldan danışmaq çox çətindir. Çünki futboldan daha vacib məsələlər var. Şəhid olmuş bütün övladların ailəsinə və Azərbaycan xalqına başsağlığı verirəm. Azərbaycanın şəhid verdiyi belə bir gündə hər nə haqda danışsaq, ağırdır."