Xəbər verdiyimiz kimi "Xəzər Lənkəran" - "Qarabağ" matçında azarkeşlər arasında insident baş vermiş və Lənkəran təmsilçisinin "Caspian Ultras" adlı fan qrupunun 1 üzvü polis tərəfindən saxlanılmışdı.
Sportarena.az-ın əldə etdiyi məlumata görə, saxlanılmış Fərman Səfərli adlı azarkeş artıq buraxılıb.
Qeyd edək ki, 1:2 hesabı ilə başa çatan matçın sonlarında "Xəzər Lənkəran" azarkeşləri əsəblərini cilovlaya bilməyərək "Qarabağ" fanatlarının üzərinə şığıyıb. Lakin polislərin müdaxiləsi nəticəsində azarkeşlər sakitləşdirilib.