"Xəzər Lənkəran"ın baş məşqçisi: "Çalışdıq müqavimət göstərək..."

19:01 3 Aprel 2016

Azərbaycan Premyer Liqasının 28-ci turunda "QArabağ"a 1:2 hesabı ilə məğlub olan "Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistərin suallarını cavablandırıb.
Sportarena.az-ın Lənkərəna ezam olunmuş əməkdaşının məlumatına görə, Elbrus Məmmədov matç barədə bunları deyib:

"İlk olaraq döyüş bölgəsində şəhid olan hər bir əsgərin ailəsinə "Xəzər Lənkəran" klubu olaraq dərin hüzünlə başsaqlığı veririk. 
Oyuna gəlincə maraqlı oyun alındı. Rəqibi təbrik edirəm. Müdəfiə xəttinin kobud səhvlərindən standart vəziyyətlərdə qol buraxdıq. Çalışdıq müqavimət göstərək, qol da vurduq, vəziyyətlərimiz də oldu amma alınmadı."


Digər xəbərlər

Xəbər xətti