Azərbaycan Premyer Liqasının 28-ci turunda Xəzər Lənkəran"ı 2:1 hesabı ilə məğlub edən "Qarabağ"ın futbolçusu Elvin Yunuszadə Sportarena.az-a açıqlamasında çətin oyun olduğunu vurğulayıb:
"Bilirik ki, Lənkəran səfəri həmişə çətin olur. Bizə vacib olan 3 xal idi və bu 3 xalı qazandıq. Stadionun durumu bizə oynamağa çətinlik yaratdı amma qalib gəlməyi bacardıq."
Yunusov cəbhədəki son döyüşlərdə həlak olan 12 hərbçimiz barədə bunları deyib:
"Nə deyə bilərəmki, Şəhidlər ölməz!"