"Düşünürəm ki, bu gün hər kəs üçün oyundan da vacib Qarabağ bölgəsində olan hadisələrdir. Hansıki bir tərəfdən sevindiricidir torpaqlarımız geri qayıdır, bir tərəfdən üzülürük ki, şəhidlərimiz var. Hər birinə Allah rəhmət eləsin.
Bu oyun barədə bir o qədər danışmağa ehtiyac yoxdur. Bu gün 3 xal qazansaq da, oyun barədə heç nə deyə bilmərəm. Çünki belə bir stadionda hər hansı bir oyun qurmaq həqiqətən çox çətin idi. Bu meydanda futbolçulardan heçnə tələb edə bilməzdim. Amma yenədə mübarizə apardılar sona kimi, qələbə üçün əllərindən gələni etdilər."
Sportarena.az-ın Lənkərana ezam olunmuş əməkdaşının məlumatına görə, bu sözləri "Xəzər Lənkəran"ı 2:1 hesabı ilə məğlub edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. Qurbanov rəqibin çox istəkli komanda olduğunu da vurğulayıb:
"Çox istəkli bir komandaya qarşı oynayırdıq. Baxmayaraqki, hesabda geri düşdülər amma özlərində güc tapıb bərabərlik qolunu vura bildilər. Uğurar arzu edirəm Elburs Məmmədova və onun komandasına."