Lənkəranda insident: Saxlanınanlar var

18:08 3 Aprel 2016

Azərbaycan Premyer Liqasının 28-ci turunda baş tutan "Xəzər Lənkəran" - "Qarabağ" matçının son dəqiqələrində qalmaqal yaşanıb.
Sportarena.az-ın Lənkərana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, matçın 85-ci dəqiqəsində azarkeşlər arasında insident yaşanıb. Polislərin müdaxiləsi ilə azarkeşləri sakitləşdirmək mümkün olub.
Məlumata görə, "Xəzər Lənkəran"ın "Caspian Ultras" fan qrupunun iki üzvü polislər tərəfindən saxlanılıb.
Qeyd edək ki, "Xəzər Lənkəran" - "Qarabağ" matçı 1:2 hesabı ilə yekunlaşıb.


Digər xəbərlər

Xəbər xətti