Azərbaycan Premyer Liqasının XXVIII turnda AZAL-a 0:3 hesabı ilə uduz "Kəpəz"in baş məşqçisi Şahin Diniyev matçdan sonra bunları deyib .
"Danışmaq çətindir. Rəqib qol vəziyyətindən ağıllı şəkildə istifadə etdi. Bu hesab bizə yaraşmır. Növbəti oyunları düşünməliyik. Nəticə faciəvi oldu. Məsuliyyət mənimdir. Kimsə nəsə etmək istəyirdi. Amma bu meydanda etmək çətindir. Xırda səhvlər etdik. Rəqib bundan yararlandı".