Hal- hazırda davam edən "Xəzər Lənkəran" - "Qarabağ" matçında Lənkəran azarkeşləri cəbhədəki son döyüşlərdə həlak olan 12 hərbçimizin xatirəsinə həsr olunan pankart açıblar.
Sportarena.az-ın Lənkərana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, "Xəzər Lənkəran" klubunun "Caspian Ultras" fan qrupu üzərində "Qələbəyə az qalıb. Əsgərlərimizlə fəxr edirik" yazılı pankart açıb. Bundan əlavə qrupun bütün üzvləri qollarında qara sarğı ilə oyunu izləyirlər.
Qeyd edək ki, hazırda matçda hesab 1:1 dir.